"Leyli və Məcnun" baleti təqdim olunacaq
İyunun 1-dən 4-dək Qətərdə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi nəzərdə tutulub. Keçiriləcək Azərbaycan günlərində iştirak etmək üçün təxminən 150 nəfərdən ibarət nümayəndə heyəti bu ölkəyə yollanacaq. Azərbaycan günləri çərçivəsində Qətərdə rəqs kollektivinin çıxışı, "Leyli və Məcnun" baletinin nümayişi, Azərbaycan musiqiçilərinin konsertinin təqdim edilməsi planlaşdırılır.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi tədbirlərin nümayişi üçün nümayəndə heyəti Qətərə mayın 31-də yollanacaq.