PDF Oxu

Mədəniyyət

  • 8

Aşıq Məhəmməd Sadaxlının 80 illik yubileyi

Aşıq Məhəmməd Sadaxlının 80 illik yubileyi
Mayın 13-də Borçalı aşıq mühitinin canlı korifeyi, ustad sənətkar Aşıq Məhəmməd Sadaxlının 80 illik yubileyinə həsr edilmiş gecə keçiriləcəkdir. Tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Sadaxlı kənd mədəniyyət evində keçiriləcəkdir. Aşıq Məhəmməd Sadaxlı Gürcüstanın "Şərəf" ordeninə layiq görülmüş ustad sənətkardır. Onun Sadaxlı kənd mədəniyyət evinin nəzdində yaratdığı "Saz" məktəbi və "Saz" ansamblı Türkiyədə keçirilən "Uşaq bayramı" günlərində dəfələrlə iştirak etmiş, Gürcüstanda keçirilən folklor festivalında "Qran-Pri" mükafatına layiq görülmüşdür. 1930-cu ildə Sadaxlı yaxınlığındakı Mollaoğlu kəndində dünyaya göz açan Aşıq Məhəmməd "Borçalı bülbülü" kimi məşhur olan ustad sənətkar Aşıq Xındı Məmmədin şagirdi olmuşdur. Aşıq yaradıcılığının özünəməxsus incəliklərini, saz havalarını dərindən bilən Aşıq Məhəmməd Sadaxlı ədəb-ərkanı, səhnə mədəniyyəti, saza-sözə hörməti ilə ürəklərə yol tapan ustadlardandır.

Digər xəbərlər