Qətərdə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
İyunun 1-dən 4-dək Qətərdə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcəkdir. Mədəniyyət günlərində iştirak etmək üçün ölkəmizdən Qətərə təxminən 150 nəfərdən ibarət nümayəndə heyəti gedəcəkdir. Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq münasibətlər sektorundan bildirmişlər ki, Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Qətərdə rəqs kollektivinin çıxışı, "Leyli və Məcnun" baletinin nümayişi, Azərbaycan musiqiçilərinin konserti və digər tədbirlər nəzərdə tutulmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizin mədəniyyət və incəsənət ustalarından ibarət nümayəndə heyəti Qətərə mayın 31-də yolla düşəcəkdir.