PDF Oxu

Mədəniyyət

  • 15

Xocalı soyqırımına həsr olunmuş respublika sərgi-müsabiqəsi

Xocalı soyqırımına həsr olunmuş respublika sərgi-müsabiqəsi
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə Ermənistanın işğalçı ordusu tərəfindən 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Xocalı şəhərində dinc Azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı hadisəsini rəsm və rəngkarlıq, heykəltəraşlıq, tətbiqi sənət, plakat, müasir incəsənət (foto-art, video-art, installiyasiya) daxil olmaqla təsviri sənət əsərləri vasitəsi ilə ifadə etmək, xalqımıza qarşı törədilmiş soyqırımı faktlarının bədii təcəssümünün nümayişi məqsədi ilə Xocalı soyqırımına həsr olunmuş respublika sərgi-müsabiqəsini (bundan sonra sərgi-müsabiqə) elan edir. Sərgi-müsabiqənin şərtlərinə əsasən, layihə və əsərin icrası üçün material müəllif tərəfindən seçilir. Əsərlər tam (çərçivələnmiş halda) qəbul edilir. Sərgi-müsabiqədə iştirak etmək istəyənlər öz əsərlərini bu Əsasnamənin 6-cı bəndində göstərilən sənədlərlə birlikdə 2011-ci il yanvar ayının 30-dək Azərbaycan Rəssamlar İttifaqına təqdim edirlər. Sərgi-müsabiqə aşağıdakı dörd nominasiya üzrə keçirilir. Rəsm və rəngkarlıq, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət, müasir incəsənət. Sərgi-müsabiqəyə təqdim olunan əsərlər münsiflər heyəti tərəfindən seçilir və mükafatlandırılır. Birinci yer üçün 4 nominasiya, hər nominasiya üzrə bir nəfər, mükafat məbləği - 2000 manat, ikinci yer üçün 4 nominasiya, hər nominasiya üzrə bir nəfər, mükafat məbləği - 1500 manat, üçüncü yer üçün 4 nominasiya, hər nominasiya üzrə iki nəfər, mükafat məbləği - 1000 manat, həvəsləndirici mükafat 4 nominasiya, hər nominasiya üzrə dörd nəfər, mükafat məbləği - 300 manat.

Digər xəbərlər