"Tarixin ibrət dərsləri" Azərbaycan İstiqlal Muzeyində
Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Qələbənin 65 illiyi ilə əlaqədar olaraq "Tarixin ibrət dərsləri" adlı tədbir-sərgi təşkil olunacaq. Sərgidə muzeyin fonduna məxsus Sovet İttifaqı Qəhrəmanları Həzi Aslanovun, Mehdi Hüseynzadənin, Səlahəddin Kazımovun, İsrafil Məmmədovun, Məzahir Quliyevin şəxsi əşyaları, Azərbaycan Dövlət kino-foto sənədlər arxivindən fotolar, plakat kolleksiyası və rəsm əsərləri nümayiş etdiriləcəkdir. Sərgi muzeyin 3 zalında nümayiş olunacaq və aşağıdakı mövzuları əhatə edəcəkdir: Azərbaycan 1941-45-ci illər müharibəsində, Azərbaycanın qızıl ulduzları, 1941-45-ci illər müharibəsini əks etdirən plakatlar və rəsm əsərləri.
Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin rəsmi nümayəndələri, Sovet İttifaqı Qəhrəmanı Mehdi Quliyevin oğlu Sabir Quliyev, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı oğlu Mehdi Əzizbəyov, 1941-45-ci illər müharibəsinin veteranları, Belorus, Rusiya səfirliklərinin nümayəndələri, Prezident Qvardiyasının və Daxili Qoşunların əsgərləri, muzey ictimaiyyətinin iştirakı gözlənilir.