Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunların festivalı keçiriləcək
6-10 may tarixlərində Şəki şəhərində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Azərbaycanın qeyri-maddi irsin ayrılmaz hissəsi olan atüstü milli oyunların qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrin bərpası və gənc nəsildə bu sahəyə marağın artırılması məqsədilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunların festivalı keçiriləcəkdir. Festival çövkən, sürpapaq, və papaq oyunları üzrə keçirilir. Oyunlarda Şəki və Yevlax şəhərlərinin, Ağcəbədi, Ağdam, Ağstafa, Balakən, Goranboy, İsmayıllı, Qax, Qəbələ, Oğuz və Zaqatala rayon komandalarının iştirakı gözlənilir.