PDF Oxu

Mədəniyyət

  • 15

Rəsul Rzanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib

Rəsul Rzanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda xalq şairi, SSRİ dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilmişdir. Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Bəkir Nəbiyev bildirmişdir ki, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Rəsul Rza söz sənətimizə forma və məzmunca yeniliklər gətirərək, novator şair kimi geniş şöhrət qazanmışdır. Akademik demişdir ki, böyük ədibin 100 illik yubileyinin geniş şəkildə qeyd edilməsi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı Sərəncam ölkəmizdə ədəbiyyatın inkişafına və sənət adamlarına göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir.

Digər xəbərlər