PDF Oxu

Mədəniyyət

  • 15

Zəlimxan Yaqubun 60 illik yubileyi qeyd edilib

Zəlimxan Yaqubun 60 illik yubileyi qeyd edilib
Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 60 illik yubileyi ədibin doğulub boya-başa çatdığı Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonunda qeyd edilib. Bolnisi şəhər mədəniyyət evində keçirilmiş yubiley tədbirinə Borçalı mahalının bütün guşələrindən nümayəndələr gəliblər.
Yubiley tədbiri şairin həyat yolunu əks edən "Dədələr yolu" sənədli filmindən bir parçanın və ulu öndər Heydər Əliyevin ona "Şərəf" ordenini təqdim etməsinə həsr olunmuş kadrların nümayişi ilə başlanıb.
Kvemo Kartli-Borçalı qubernatorunun müavini Hüseyn Yusifov Zəlimxan Yaqubun həyat və yaradıcılığı barədə iştirakçılara ətraflı məlumat vermişdir. Şairin poeziyasında Azərbaycan, azərbaycançılıq, yurd, Vətən məhəbbəti, fəlsəfi fikirlərlə yanaşı, ən incə duyğuların yer aldığı vurğulanıb.
Tədbirdə şairin şeirlərindən nümunələr söylənmiş, sözlərinə bəstələnmiş mahnılar səslənmiş, Azərbaycan və gürcü rəqsləri ifa olunmuşdur. Aşıqlara da geniş meydan verilib.
Zəlimxan Yaqub iştirakçılara təşəkkür etmiş, yeni şeirlərindən bir neçəsini oxuyub. Yubiley tədbirində bölgə və Bolnisi rayon rəhbərliyinin nümayəndələri iştirak etmişlər. Növbəti yubiley tədbiri mayın 3-də Gürcüstan paytaxtında keçiriləcək.

Digər xəbərlər