PDF Oxu

Mədəniyyət

  • 11

"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu"

"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu"
2011-ci ildə Bakıda təşkil edilməsi nəzərdə tutulan "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu" İşçi Qrupunun mayın 3-də Parisdə YUNESKO-nun qərargahında 2-ci iclası keçiriləcəkdir.
İclasda iştirak etmək üçün mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Fransanın Paris şəhərinə yola düşəcəkdir. Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə YUNESKO, Avropa Şurası və BMT-nin Sivilizasiyalar Alyansının nümayəndələri, Azərbaycanın YUNESKO və Avropa Şurası yanında daimi nümayəndəliklərinin əməkdaşları iştirak edəcəklər.
İclasda forumla bağlı sənədlərin hazırlanması, təşkilatlar üzrə əlaqələndiricilərin müəyyənləşdirilməsi, dəvət ediləcək qonaqların siyahısının tərtibi və müvafiq beynəlxalq qurumların bununla bağlı həyata keçirəcəyi tədbirlər, əsası qoyulacaq yeni layihələr və təşəbbüslər və s. məsələlər müzakirə olunacaqdır.

Digər xəbərlər