PDF Oxu

Mədəniyyət

  • 13

"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu"

"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu"
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata əsasən, sözügedən nazirliyin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycan hökumətinin təşəbbüsü ilə 2011-ci ilin aprelində Bakıda təşkil edilməsi nəzərdə tutulan "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu" İşçi Qrupunun 2010-cu ilin 3 may tarixində YUNESKO qərargahının 2-ci iclasında iştirak etmək məqsədilə Fransanın Paris şəhərinə səfər edəcək. İclasda YUNESKO, Avropa Şurası və BMT-nin Sivilizasiyalar Alyansının nümayəndələri, Azərbaycan Respublikasının YUNESKO və Avropa Şurası yanında daimi nümayəndəliklərinin əməkdaşları da iştirak edəcəkdir. İclasda forumla bağlı sənədlərin hazırlanması, təşkilatlar üzrə koordinatorların müəyyənləşdirilməsi, dəvət ediləcək qonaqların siyahısının tərtibi və müvafiq beynəlxalq qurumların bununla bağlı həyata keçirəcəyi tədbirləri, əsası qoyulacaq yeni layihələr və təşəbbüslər və s. məsələlər barədə müzakirələr aparılacaq.

Digər xəbərlər