PDF Oxu

Mədəniyyət

  • 13

"Aida" operasının tamaşası keçiriləcək

"Aida" operasının tamaşası keçiriləcək
Mayın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında üç dövlətin - Azərbaycan, Ukrayna və Gürcüstanın opera sənəti ulduzlarının iştirakı ilə Cüzeppe Verdinin "Aida" operasının tamaşası keçiriləcəkdir. Tamaşada Aida partiyasını Ukrayna Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Ukraynanın əməkdar artisti, vokalçıların Ondina Otta (Maribər, Slovyena) adına beynəlxalq müsabiqəsinin qızıl medalı və Qran-Pri mükafatının sahibi Viktoriya Çenskaya ifa edəcəkdir. V.Çenskaya Danimarka, Hollandiya, Almaniya, İspaniya, Fransa, İngiltərə və İtaliyada çox uğurlu qastrol səfərlərində olmuşdur. Finlandiyanın Helsinki şəhərində keçirilən beynəlxalq opera sənəti festivalında, o, Aida partiyasının ən yaxşı ifaçısı üçün təsis edilmiş xüsusi prizə layiq görülmüşdür. Teatr rəhbərliyi Radames partiyasının ifa etmək üçün Gürcüstan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Gürcüstanın xalq artisti və dövlət mükafatı laureatı, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvilini dəvət etmişdir. Əsas partiyalardan biri - Amneris partiyasını isə Azərbaycanın əməkdar artisti Fidan Hacıyeva ifa edəcəkdir. Bundan başqa, tamaşada Azərbaycanın istedadlı vokal ustaları əməkdar artistlər, Vokalçıların Bülbül adına 1 Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatçısı Əli Əsgərov və vokalçıların İtaliyada keçirilən beynəlxalq müsabiqəsinin diplomantı Əkrəm Poladov da çıxış edəcəklər. Tanınmış opera sənəti ulduzlarının iştirakı ilə keçiriləcək bu tamaşa, heç şübhəsiz ki, həm teatrın, həm də şəhərimizin mədəni həyatında önəmli hadisəyə çevriləcəkdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Opera və Balet Teatrı keçmiş postsovet məkanında yeganə opera teatrıdır ki, uzun illərdən bəri dünyanın qabaqcıl opera və balet teatrlarının təcrübəsindən yararlanaraq, bir tamaşada müxtəlif ölkələrin opera ulduzlarını iştirak etmək üçün dəvət edir.

Digər xəbərlər