PDF Oxu

Mədəniyyət

  • 10

"Tərsinə çevrilmiş dünya" filminin çəkilişləri aparılır

"Tərsinə çevrilmiş dünya" filminin çəkilişləri aparılır
Azərbaycanın bir qrup kino işçisi İrana getmişdir. Səfərin məqsədi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsala buraxılan "Tərsinə çevrilmiş dünya" filminin çəkilişlərini aparmaqdır. Kinostudiyanın mətbuat xidmətindən bildirmişlər ki, filmin ilk çəkilişləri məhz İranda aparılacaqdır.
Azərbaycanın qəhrəman polislərinə həsr olunmuş filmin ssenari müəllifi Çingiz Abdullayev, rejissoru Ənvər Əblucdur. Ekranlaşdırılan film detektiv janrındadır. Filmin bir hissəsinin İranda ekranlaşdırılması təsadüfi deyildir. Çünki film müştərək çəkilir. Hazırda çəkilişlər Tehranda, daha sonra Ənzəli şəhərində aparılacaqdır.
Kino işçilərimiz İranda 10 gün qalacaqlar. Azərbaycanda nəzərdə tutulan çəkilişlərə isə mayın ikinci həftəsindən başlanacaqdır. Film müştərək olduğundan burada yerli aktyorlarla yanaşı, iranlı aktyorlar da çəkilirlər. Baş rol iranlı Məhəmməd Firutənəyə həvalə edilmişdir. Filmdə xalq artistləri Rasim Balayev və Fuad Poladov da rol almışlar.
Qeyd edək ki, "Tərsinə çevrilmiş dünya"nın çəkilişləri bu ilin iyununda başa çatdırılacaqdır. Film oktyabrda təhvil veriləcəkdir.

Digər xəbərlər