Bəhreyn Krallığının Manama şəhərində "BİTE-2010" beynəlxalq turizm sərgisi keçiriləcək
Mayın 13-dən 15-dək Bəhreyn Krallığının Manama şəhərində "BİTE-2010" beynəlxalq turizm sərgisi keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyindən bildirmişlər ki, bu sərgidə Azərbaycanın turizm potensialının nümayişi üçün 60 kvadratmetrlik sahə icarəyə götürülmüşdür. "BİTE-2010" sərgisində ölkəmizi nazirliyin turizm şöbəsinin əməkdaşları təmsil edəcəklər. Sərgidə Azərbaycanın gözəl guşələri, mehmanxana-turizm obyektləri, tarixi-memarlıq abidələri xüsusi reklam-çap məhsulları vasitəsilə iştirakçılara təqdim olunacaqdır. Azərbaycan bu beynəlxalq turizm sərgisində artıq 3-cü dəfədir ki, iştirak edir.