PDF Oxu

Mədəniyyət

  • 15

Belçika Azərbaycan Evi fransız dilində daha bir kitab nəşr etdirib

Belçika Azərbaycan Evi fransız dilində daha bir kitab nəşr etdirib
2000-ci ildən Belçikada fəaliyyət göstərən Belçika Azərbaycan Evi fransız dilində daha bir kitab nəşr etdirmişdir. "Folklore et Coutumes Azerbaidjanais" ("Azərbaycan folkloru və ənənələri") adlı kitab məcmuə xarakteri daşıyır. Belə ki, kitabda Azərbaycan folkloru, xalq inancları, ədəbiyyatı, aşıq ədəbiyyatı, milli musiqisi, milli rəqsləri, xalq mahnıları, muğamı, toy və yas ənənələri, bayramları, mətbəx mədəniyyəti, qonaqpərvərliyi, milli geyimləri və Azərbaycan xalçaları haqqında məlumat və fotoşəkillər yer almışdır.
Kitabı nəşr etməkdə əsas məqsəd, folklorumuz, milli adət-ənənələrimiz haqqında fransızdilli ölkələrə, qısa da olsa, müəyyən bilgi verməkdir. Kitab Belçikada və digər fransızdilli ölkələrdə satışa çıxarılacaq, eyni zamanda, müəyyən qurumlara hədiyyə ediləcəkdir.Belçika Azərbaycan Evi indiyədək fransız dilində "Cuisine Nationale Azerbaidjanaise" ("Azərbaycan milli mətbəxi") və "Terre Occupee-Le Haut Karabakh" ("Əsir torpaq - Qarabağ") adlı daha iki kitab nəşr etdirmişdir. "Folklore et Coutumes Azerbaidjanais" kitabı Azərbaycan Respublikasının Belçika krallığındakı səfirliyinin dəstəyi ilə nəşr edilmişdir.

Digər xəbərlər