PDF Oxu

Mədəniyyət

  • 5

"Azərbaycanda arxeoloji tədqiqatlar-2009" kitabının təqdimat mərasimi keçirilib

"Azərbaycanda arxeoloji tədqiqatlar-2009" kitabının təqdimat mərasimi keçirilib
Özbəkistanda keçirilən Azərbaycan kino günlərində iştirak edən nümayəndə heyətimiz "Özbəkkino" Milli Agentliyində Özbəkistanın tanınmış aktyor və rejissorları ilə görüşmüş, jurnalistlər üçün mətbuat konfransı keçirilmişdir. "Özbəkkino" Milli Agentliyi sədrinin müavini, kinorejissor Cahangir Qasımov Özbəkistanda Azərbaycan kinosu günlərinin keçirilməsini respublikanın mədəni həyatında mühüm hadisə adlandırmışdır. Qeyd etmişdir ki, Daşkəndin və Səmərqəndin kinoteatrlarında ayın sonunadək Azərbaycan filmləri göstəriləcəkdir. Özbəkistan televiziyasının birinci kanalı və Markaz TV kanalı ilə hər gün saat 19.00-da Azərbaycan filmləri nümayiş etdirilir. C.Qasımovun sözlərinə görə, bu ilin sentyabr ayında Bakıda Özbəkistan kinosu günlərinin keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan nümayəndə heyətinin rəhbəri Almaz Sultanzadə Azərbaycanda dövlətin teatr və kino sənətinə qayğısından danışmış, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Özbəkistan Dövlət İncəsənət Universitetində tələbə və müəllimlərlə görüşdüklərini, qədim Səmərqənd şəhərində olduqlarını diqqətə çatdırmışdır. Nümayəndələrimiz jurnalistlərin suallarını cavablandırmış, televiziya kanallarına və qəzetlərə müsahibələr vermişlər.

Digər xəbərlər