PDF Oxu

Mədəniyyət

  • 6

"Azərbaycanda arxeoloji tədqiqatlar-2009" kitabının təqdimatı keçirilib

"Azərbaycanda arxeoloji tədqiqatlar-2009" kitabının təqdimatı keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında "Azərbaycanda arxeoloji tədqiqatlar-2009" kitabının təqdimatı olmuşdur. Alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə elmin inkişafına daim böyük diqqət və qayğı göstərdiyini vurğulamışdır. O, eyni zamanda, aparılan arxeoloji tədqiqatların əhəmiyyətindən danışmışdır. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova rəhbərlik etdiyi elm müəssisəsi tərəfindən aparılan arxeoloji tədqiqatlardan, əldə olunan elmi nəticələrdən bəhs etmişdir. Qeyd olunmuşdur ki, tədqiqat işlərində Almaniyanın və digər xarici ölkələrin mütəxəssisləri də iştirak etmişlər. Təqdim edilən kitab barədə məlumat verən M.Rəhimova diqqətə çatdırmışdır ki, nəşrdə aparılan arxeoloji qazıntılar haqqında Azərbaycan dilində ətraflı məlumatlar verilmişdir. İngilis və rus dillərində isə hər bölmənin xülasəsi oxuculara çatdırılır. Digər çıxış edənlər də aparılan arxeoloji qazıntıların və tədqiqatların uğurlu nəticələrindən söhbət açmışlar.

Digər xəbərlər