Azərbaycanlı pianoçu Belçikaya səfər edəcək
Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov Fransa və Belçikada konsert verəcək. Konsertlərin gələn ayın birinci yarısında həyata keçirilməsi nəzərdə tutulur. Hər iki konsert təklifi isə ölkələrin aidiyyatı qurumlarından gəlib. Fransa və Belçikadakı konsertində pianoçu Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirovun, eləcə də, dünya klassikasına müraciət edəcək. Daha sonra isə azərbaycanlı musiqiçi Bakıda konsert proqramı ilə çıxış etməyi düşünür.