PDF Oxu

Mədəniyyət

  • 9

Tarix Muzeyi qonaqlarda maraq doğurub

Tarix Muzeyi qonaqlarda maraq doğurub
Ölkəmizdə səfərdə olan İndoneziya Parlamentinin Nümayəndələr Palatası sədrinin müavini Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA Tarix Muzeyində olub.
Qonaqlara məlumat verilib ki, 1920-ci ildə yaradılmış muzeydə qədim dövrdən başlayaraq, Azərbaycan tarixinin bütün mərhələlərinə dair 300 mindən çox eksponat toplanıb. Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrinin bariz nümunəsidir.
Orta əsrlərdə məişətdə işlənən əşyalar İndoneziya nümayəndə heyətinin başçısında xüsusi maraq doğurub. 150-dən çox işçinin çalışdığı muzey həm də Milli Elmlər Akademiyasının strukturunda elmi-tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir. Muzeyin yerləşdiyi, 1895-1897-ci illərdə tikilmiş və Bakının memarlıq abidələrindən sayılan bina isə Azərbaycan milyonçusu, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur.

Digər xəbərlər