Kənd mədəniyyət işçiləri ilə nazirliyin məsul işçilərinin görüşü keçirildi
Dünən Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ilin birinci yarımili üçün nəzərdə tutulmuş iş planına əsasən, Sabirabadda kənd mədəniyyət işçiləri ilə nazirliyin məsul işçilərinin görüşü keçirildi. Görüş regionlarda, xüsusilə, kənd mədəniyyət müəssisələrinin fəaliyyətində, mövcud olan problemlərin, habelə, vətəndaşların müraciətlərində qaldırılan müvafiq məsələlərin yerində araşdırılması və həlli yollarının müəyyənləşdirilməsi məqsədi daşıyır.
Tədbirdə nazirlik aparatının rəhbəri Firudin Qurbanov regionların iqtisadi inkişafı ilə bağlı nazirliyin gördüyü müvafiq tədbirlər, mədəniyyət və turizm sahələrində dövlət siyasətinin əsas istiqamətləri, nazirliyin fəaliyyət sahələri, son zamanlar mədəniyyət müəssisələrində aparılan quruculuq və bərpa işləri haqqında məlumat verilib. Eyni zamanda, rayon mədəniyyət müəssisələrinin fəaliyyətində olan nöqsan və çatışmazlıqlar da qeyd olunub, onların həlli yolları müzakirə edilib.