Hacı Məmmədovun 90 illik yubileyinə həsr olunan tədbir keçiriləcək
Bu gün Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, milli musiqimizin parlaq simalarından biri olan xalq artisti Hacı Məmmədovun (1920-1961) anadan olmasının 90 illik yubileyinə həsr olunmuş gecə keçiriləcək. Həmin axşam Muğam Mərkəzinin foyesində tamaşaçılar həm də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin hazırladığı ustad tarzənin yaradıcılığına həsr olunmuş sərgiyə də baxa biləcəklər. Bu yubiley gecəsi Hacı Məmmədovun 90 illik yubileyinə həsr olunan ilk tədbir olacaq. May ayında bu tarixlə bağlı Şamaxı şəhərində də yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulur.