PDF Oxu

Mədəniyyət

  • 18

Azərbaycanda tanınmış rok qruplarının iştirakı ilə konsert keçiriləcək

Azərbaycanda tanınmış rok qruplarının iştirakı ilə konsert keçiriləcək
Mayın 2-də Azərbaycanda tanınmış rok qruplarının iştirakı ilə konsert keçiriləcəkdir. "Bakı küləyi" konserti Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının Mədəniyyət Departamentinin, "Bizim Gənclik" İctimai Birliyinin və "Bakı küləyi" şirkətinin birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gerçəkləşəcəkdir. Konsertdə Azərbaycanın "Milk&Kisses", "Meridian" və "Milan" qrupları iştirak edəcəklər. "Landrmark" hotelinin "Rotunda" konsert zalında təşkil olunacaq rok konserti üç saat davam edəcəkdir. Konsertdə, əsasən, Azərbaycan dilində mahnılara üstünlük veriləcəkdir. "Milk&Kisses" qrupu "Black Garaj" qrupunun müşayiəti ilə "Unformal"ın mahnılarını da ifa edəcəkdir. Digər iki qrupun ifasında rokla xalq mahnılarının sintezi səsləndiriləcəkdir. Konsertin yüksək səviyyədə təşkili üçün ciddi hazırlıq məşqləri gedir.

Digər xəbərlər