"Bahar fəlsəfəsi" sərgisi açılacaq
Aprelin 26-da Muzey Mərkəzində Azərbaycan rəssamlarının əsərlərindən ibarət "Bahar fəlsəfəsi" sərgisi açılacaq. Mərkəzin təşkilatçılığı ilə keçiriləcək sərgidə 50-dək rəssamın 100-dən çox əsəri nümayiş etdiriləcəkdir. Əsasən bahar, təbiət və insan gözəlliklərinə həsr olunmuş sərgidə tanınmış rəssamlarla yanaşı, orta və gənc nəslin əsərləri də nümayiş etdiriləcəkdir.