Azərbaycanlı yazıçı Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığından bəhs edən "Adın sirri və tale" filminin çəkilişinə başlanacaqdır. Yeni ekran əsərinin rejissoru Murad Muradovdur. Film Məhəmməd Əsəd bəyin anadan olmasının 105-ci ildönümünə həsr ediləcəkdir. "Ritm prodakşn" studiyasında istehsal olunacaq ekran əsəri beynəlxalq festivallara da çıxarılacaqdır. Bu səbəbdən çəkiliş prosesində xarici tamaşaçıların zövqü də nəzərə alınacaqdır. Həsən Quliyevin ssenarisi əsasında lentə alınacaq filmin yaxın üç ay ərzində təhvil verilməsi planlaşdırılıb.