"Sənətin Məcnunu" kitabının təqdimat mərasimi keçiriləcək
Aprelin 16-da Dövlət İncəsənət Muzeyində əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevin dahi Azərbaycan rəssamı Səttar Bəhlulzadəyə həsr olunmuş "Sənətin Məcnunu" adlı kitabının təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasimində Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm nazirinin müavinləri Sevda Məmmədəliyeva və Ədalət Vəliyev, Milli Məclisin deputatları Nizami Cəfərov, Elmira Axundova, Qənirə Paşayeva, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timurçin Əfəndiyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun direktoru Ertəkin Salamzadə, Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, sənətşünaslıq doktoru, professor İlham Rəhimli, Dövlət İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov və Azərbaycanın digər görkəmli mədəniyyət və incəsənət xadimlərinin, ziyalıların iştirakı gözlənilir. Çıxışlararası bədii qiraət ustaları tərəfindən Məhəmməd Füzulinin qəzəllərindən nümunələr oxunacaq, xanəndələr Gülay Qədirova və Ehtiram Hüseynov konsert nömrələri ilə çıxış edəcəklər. Onları tarda Sahib Paşazadə, kamançada Toğrul Əsədullayev müşayiət edəcəklər.