PDF Oxu

Mədəniyyət

  • 15

"Sönmüş talelər" tamaşası oynanılacaq

"Sönmüş talelər" tamaşası oynanılacaq
Dağıstan Respublikasının Azərbaycan Dövlət Dram Teatrı yazıçı-dramaturq Rafiq Rəhimlinin "Sönmüş talelər" tamaşası ilə paytaxtımıza səfər edəcək. Tamaşanın quruluşçu rejissoru Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Nailə Əlimədətova, musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır. Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən aldığımız məlumata istinadən, tamaşa teatrın səhnəsində aprelin 12-də oynanılacaq.

Digər xəbərlər