PDF Oxu

Mədəniyyət

  • 20

Lütfiyar İmanovun xatirəsi yad edilib

Lütfiyar İmanovun xatirəsi yad edilib
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin (AMMDM) və Dünya Azərbaycanlı Gənclərinin Həmrəyliyi Cəmiyyətinin (DAGHC) birgə təşkilatçılığı ilə keçirilmiş tədbir L.İmanovun yaddaşlara əbədi həkk olunmuş təkrarsız ifası ilə başlayıb.
Xalq artistləri Xuraman Qasımova, Ramiz Quliyev, bəstəkar Elnarə Dadaşova, əməkdar müəllim Babaxan Muradov L.İmanovun həm sənətkar, həm bir insan kimi yüksək keyfiyyətlərindən danışıb.
Bildirilmişdir ki, L.İmanov opera səhnəsində yaratdığı parlaq obrazların, istər xalq mahnılarının, istərsə də, bəstəkar mahnılarının mahir ifaçısı idi.
DAGHC-nin prezidenti Tofiq Əlizadə, Əməkdar artist Bəsti Sevdiyeva onun bir müəllim kimi tələbkarlığından və qayğıkeşliyindən söhbət açmış, şəhid anası Gülnisə Əliyeva, vaxtilə müğənninin onun dərdinə şərik olmasından və daim Qarabağ döyüşlərində vuruşan əsgərlərimizə dəstək olmasından danışıblar.
Tədbirdə Lütfiyar İmanovun lent yazıları səsləndirilib, vidiogörüntülər nümayiş etdirilib.

Digər xəbərlər