PDF Oxu

Mədəniyyət

  • 12

"Almanlar Şimali Azərbaycanda"

"Almanlar Şimali Azərbaycanda"
Kapellhaus Alman-Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Tibb Universitetinin "Azərbaycan tarixi" kafedrasının müəllimi, tarix elmləri doktoru Həcər Verdiyevanın "Almanlar Şimali Azərbaycanda" kitabının təqdimatı olmuşdur.
Kitab üç dildə - Azərbaycan, rus və alman dillərində nəşr olunmuşdur. Kitaba ön sözü Alman-Azərbaycan Cəmiyyətinin sədri, kulturologiya elmləri doktoru Çingiz Abdullayev yazmışdır.
Tədbiri Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru Məmməd Əliyev açaraq, kitab haqqında ətraflı məlumat vermişdir.
Çıxış edən digər natiqlər bildirmişlər ki, "Almanlar Şimali Azərbaycanda" elmi-tədqiqat əsəri Azərbaycan tarixinin Almaniya ilə bağlı səhifələrinə həsr olunmuşdur. Bu monoqrafiya Rusiya imperiyasının Qafqazda apardığı müstəmləkə siyasətinin əsas istiqamətlərindən biri olan köçürmə siyasəti nəticəsində almanların Azərbaycan torpaqlarında məskunlaşması, bu diyarın tarixinin sosial-iqtisadi və mədəni həyatında tutduqları yeri ilə bağlı bir sıra məsələləri araşdırmışdır. Bu elmi əsər Almaniya-Azərbaycan əlaqələrinin möhkəmlənməsi işinə töhfə olmaqla yanaşı, obyektiv tarixilik prinsipi əsasında Azərbaycan tarixinin öyrənilməmiş səhifələrini tarixi sənədlər və geniş faktiki materiallar əsasında işıqlandırmışdır.
Sonda müəllif iştirakçılara və tədbirin təşkilatçılarına təşəkkürünü bildirmişdir.

Digər xəbərlər