PDF Oxu

Mədəniyyət

  • 6

"Topal Teymur" kitabı nəşr olunub

"Topal Teymur" kitabı nəşr olunub
Hüseyn Cavidin "Topal Teymur" dramının 85 illik yubileyi münasibətilə "Elm" RNPM-də "Topal Teymur" kitabı nəşr olunmuşdur. Kitabın tərtibçisi və ön sözün müəllifi AMEA Hüseyn Cavid Ev- Muzeyinin direktoru, filologiya elmləri namizədi Gülbəniz Babaxanlı, redaktoru AMEA-nın müxbir üzvü Teymur Kərimlidir. Azərbaycanın mütəfəkkir şairi Hüseyn Cavid orijinal, bənzərsiz əsərlərində tarixi şəxsiyyətlərin maraqlı, yaddaqalan obrazlarını yaradıb. Onların arasında "Topal Teymur" dramının qəhrəmanı xüsusi yer tutur. Tarixi qələbə və tarixi məğlubiyyət üzərində qurulmuş əsərin qəhrəmanı - Topal Teymur duyğu və düşüncənin, narahatlıq və təəssüfün, həyəcan və heyrətin təcəssümüdür. Teymur və İldırım Bəyazidin daxilində yaşayan məğrurluq və təəssüf kimi qoşa hisslər aparıcı amilə çevrilir. Bütün yaradıcılığı boyu qan və ədalətsiz döyüşlər əleyhinə olan Cavid əsərin sonunda "Kəssə hər kimi tökülən qan izini, qurtaran dahi odur yer üzünü" - deyir.

Digər xəbərlər