İstanbulda Rəsul Rzanın yubiley tədbirləri keçiriləcək
Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, xalq şairi Fikrət Qoca bildirib ki, XX əsr ədəbiyyatımızın görkəmli nümayəndələrindən olan Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Xalq şairi Rəsul Rzanın 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamına əsasən, respublikanın müxtəlif bölgələrində, o cümlədən, Gəncədə, Göyçayda, Naxçıvanda və Bakıda silsilə tədbirlər keçiriləcək. Şairin doğulub boya-başa çatdığı Göyçayda açılacaq ev-muzeyinin qarşısında büstü qoyulacaq. AYB-nin Rusiyanın paytaxtı Moskva şəhərindəki filialında və İranda yubiley tədbirləri keçiriləcək.
Mayın 12-də isə Türkiyənin İstanbul şəhərində böyük yubiley tədbirinin keçirilməsi nəzərdə tutulub.