PDF Oxu

Mədəniyyət

  • 12

Əlibaba Məmmədovun 80 illik yaradıcılıq gecəsi keçiriləcək

Əlibaba Məmmədovun 80 illik yaradıcılıq gecəsi keçiriləcək
Aprelin 13-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq mahnılarının, muğam ifaçılığının inkişafında özünəməxsus dəst-xətti, xidmətləri olan ustad xanəndələrimizdən biri, xalq artisti Əlibaba Məmmədovun 80 illik yubileyi ilə əlaqədar sənətkarın yaradıcılıq gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq gecədə xanəndənin yaradıcılıq yolundan bəhs olunacaq, tanınmış sənətçilərin ifasında mahnılar səslənəcəkdir. Ötən əsrin ortalarından oxuduğu "Humayun" təsnifi ilə şöhrət tapan Əlibaba Məmmədov muğamla müasir mahnılar arasında əlaqə yaradan xanəndələrdəndir. Oxuduğu hər bir muğama, xalq mahnısına öz möhürünü vuran Əlibaba Məmmədov milli musiqimizin təbliğində, inkişafında, öyrədilməsində böyük rol oynayır.

Digər xəbərlər