PDF Oxu

Mədəniyyət

  • 7

"Gənc Musiqiçilərin XIX Beynəlxalq Festivalı" keçiriləcək

"Gənc Musiqiçilərin XIX Beynəlxalq Festivalı" keçiriləcək
2010-cu il 7-11 aprel tarixlərində Litva Respublikasının Kaunas şəhərində "Gənc Musiqiçilərin XIX Beynəlxalq Festivalı" keçiriləcəkdir. Həmin festivalda Azərbaycanı iki nəfər istedadlı yeniyetmə təmsil edəcəkdir. Bununla əlaqədar Bakı şəhərinin uşaq musiqi məktəblərinin şagirdləri dinlənilmiş və seçim turu aparılmışdır. Bakı şəhəri L. və M. Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri, respublika müsabiqəsinin qalibləri Kamran Ömərli (skripka) və Günay Ağalarova (fortepiano) hər iki mərhələdən uğurla keçdiklərinə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə festivalda iştirak edəcəklər. Sözügedən festivalda 36 ölkənin, o cümlədən, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Çin, Rusiya, Türkiyə, Belorus, Moldova, Ukrayna, Gürcüstan və s. ölkələrin nümayəndələri iştirak edəcəklər. Sözügedən tədbirdə Azərbaycanı təmsil edəcək nümayəndələr tərəfindən Motsart, Çaykovski, Ştraus, Q.Qarayev və F.Əmirovun əsərləri səsləndiriləcəkdir.

Digər xəbərlər