PDF Oxu

Mədəniyyət

  • 14

"İz... Qala" sənədli filminin premyerası təşkil olunacaq

"İz... Qala" sənədli filminin premyerası təşkil olunacaq
Əzizbəyov rayon Mədəniyyət Evində Heydər Əliyev Fondu ilə birgə "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmiş "İz... Qala" sənədli filminin premyerası təşkil olunacaq. Filmdə qədim Bakıətrafı kəndlərindən biri olan Qala kəndinin zəngin tarixi, iki il əvvəl, Heydər Əliyev Fondunun himayəsi altında Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yaradılmasından bəhs edilir. Filmin ssenari müəllifi Nadir Bədəlov, rejissoru Şamil Əliyev, operatoru Elşən Əliyevdir.

Digər xəbərlər