"Azərbaycan möcüzələri" adlımədəni-etnoqrafik tanıtım turu həyata keçirilir
Azərbaycan turizm potensialının və mədəni irsinin geniş təbliğ olunması məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, "Millennium Turizm" və eyni zamanda, Skal İnternational Bakı Turizm Klubunun dəstəyi ilə Rusiya Federasiyasının Sankt-Peterburq vilayətinin Pavlovsk şəhərində yerləşən aparıcı təhsil ocağının A.M.Qorçakov adına litseyinin (Tsarskoselsk litseyi) 30-a yaxın yüksək intellektə malik 12-14 yaşlar arasında yeniyetmələr üçün "Azərbaycan möcüzələri" adı altındamədəni-etnoqrafik, məcara-infotanıtım turu həyata keçirilir. Layihənin ən ümdə məqsədlərindən biri də Qafqaz xalqlarının keçmişi, mədəniyyəti, adət-ənənəsi, müasir yaşam tərzi və dini, hərbi, etnik konfliktlərinin əsil mahiyyətinin dolğun və qərəzsiz şəkildə Rusiyada yaşayan gənc nəslə çatdırılmasından ibarətdir. Bu turun uğurla həyata keçirilməsi Azərbaycan həqiqətlərinin dünyaya obyektiv şəkildə çatdırılması yolunda uğurlu bir addımdır. Gənc qonaqların son dayanacağı Azərbaycandır. Bizdən öncə onlar digər Qafqaz ölkələrində olmuşlar. Mahiyyət etibarı ilə bu səfər spesifik əhəmiyyətə malikdir. Ziyarət olunacaq məkanlar sırasına ilk olaraq ümummilli liderimizin məzarı və qan yaddaşımız olan Şəhidlər Xiyabanını, dövlət qoruqlarımız, memarlıq abidələrimiz, müzeylərimiz, qalereyalarımız, milli kaloriti və mətbəximizi əks etdirən obyektlər daxildir. Zərifə Əliyeva adına litseydə və başqa aparıcı litseylərdən birində Sankt-Peterburq məktəblilərinin azərbaycanlı həmyaşıdları ilə görüşləri də nəzərdə tutulub.