PDF Oxu

Mədəniyyət

  • 11

Kinossenarilər müsabiqəsinə yekun vuruldu

Kinossenarilər müsabiqəsinə yekun vuruldu
2009-cu ildə elan olunmuş "Vətən and yerimizdir!" devizi altında vətənpərvərlik mövzusunda ən yaxşı bədii filmin ssenari müsabiqəsinə yekun vurulmuşdur. Mədəniyyət və turizm nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, münsiflər heyətinin gəldiyi yekdil qərara əsasən aşağıdakı ssenarilər qalib elan olunmuşlar. I yerə "Mən evimə qayıdıram"(müəllif İsmayıl Səfərəliyev), II yerə "Böyüyən övladlar" (müəllif Səidə Vəliyeva), III yerə "Qarabağ. Dörd gün" (müəllif Leyla Tarıverdiyeva) layiq görülmüşdür.
Birinci yeri tutmuş "Mən evimə qayıdıram" ssenarisi 2010-cu ildə istehsalata buraxılacaq, ikinci yeri tutmuş "Böyüyən övladlar" ssenarisinin müəllifinə 1500 manat, üçüncü yeri tutmuş "Qarabağ. Dörd gün" ssenarisinin müəllifinə 1000 manat mükafat veriləcəkdir.
Qaliblərin mükafatlandırılması aprelin 6-da Heydər Əliyev Sarayında Azərbaycan Kino Həftəsinin açılış mərasimi zamanı baş verəcək.

Digər xəbərlər