PDF Oxu

Mədəniyyət

  • 5

"Novruz" adlı müasir, aktual incəsənət sərgisi təşkil olunacaq

"Novruz" adlı müasir, aktual incəsənət sərgisi təşkil olunacaq
Moskvadakı "Aydan" Qalereyasında Azərbaycan rəssamlarının "Novruz" adlı müasir, aktual incəsənət sərgisi təşkil ediləcək. Sərginin açılış mərasimi aprel ayının 9-da keçiriləcək. Mədəniyyət və turizm nazirliyinin mətbuat xidəmətindən Zöhrə Əliyevanın məlumatına istinadən sərgidə əməkdar incəsənət xadimi Leyla Axundzadə, əməkdar rəssam Eldar Qurbanov, rəssamlar Tərlan Qorçu, Fərid Rəsulov, Rəşad Ələkbərov, Orxan Hüseynov, Babi Bədəlov və Rəşid Axundzadənin müasir incəsənət əsərləri tamaşaçılara təqdim olunacaq. Xatırladaq ki, layihənin ideya müəllifi mərhum sənətkar, əməkdar incəsənət xadimi, tanınmış sənətşünas alim, professor Leyla Axundzadə olmuşdur. "Aydan" Qalereyasındakı sərgi Leyla xanımın əziz xatirəsinə ithaf edilir. Ekspozisiyanın təşkili məqsədi ilə nazirliyin təsviri və dekorativ sənət sektorunun aparıcı məsləhətçisi Qalib Qasımov, əməkdar rəssam Eldar Qurbanov, rəssamlar Fərid Rəsulov, Rəşad Ələkbərov və Orxan Hüseynov 2010-cu il aprel ayının 4-dən Moskvaya yola düşəcəklər. Sərginin təlimatçısı Moskvada yaşayan həmyerlimiz, müasir incəsənətin tanınmış nümayəndəsi Aydan Salahovadır. Moskva sənətsevərləri Azərbaycan rəssamlarının əsərlərinə bir ay müddətində tamaşa edə biləcəklər.

Digər xəbərlər