PDF Oxu

Mədəniyyət

  • 24

Ələsgər Ələkbərovun 100 illiyi qeyd olunacaq

Ələsgər Ələkbərovun 100 illiyi qeyd olunacaq
Görkəmli aktyor, SSRİ xalq artisti Ələsgər Ələkbərovun 100 yaşı tamam olur. Bu münasibətlə aprelin 2-də təntənəli şəkildə tədbir keçiriləcək. Bir çox filmlərdə və teatr səhnəsində bir-birindən maraqlı və yaddaqalan obrazlar yaradan aktyor Ələsgər Ələkbərov Azərbaycan teatr və kino sahəsində bir-birindən maraqlı və yaddaqalan obrazların yaradıcısına çevrilmişdir. Geniş ampluaya malik istedadlı sənətkar dramatik rolların əvəzsiz ifaçısı olmuşdur. Onun səhnədə yatardığı Aydın ("Aydın"), Heydərbəy ("1905-ci ildə"), Fərhad ("Fərhad və Şirin") və onlarla rol aktyorun güclü plastikaya, geniş diapazona malik sənətkar olduğunu təsdiqləmişdir. Yaratdığı iki obraz - Vaqif və Otello onun sənət dünyasının ən layiqli incilərindəndir. Yubiley tədbirində böyük sənətkarın həyat və yaradıcılığından söz açılacaq, onun çəkildiyi teatr tamaşaları və kinofilmlərdən kadrlar iştirakçılara təqdim olunacaq.

Digər xəbərlər