PDF Oxu

Mədəniyyət

  • 10

Azərbaycan kinosu həftəsi keçiriləcək

Azərbaycan kinosu həftəsi keçiriləcək
İlk dəfə olaraq ölkəmizdə Azərbaycan kinosu həftəsi keçiriləcək. Bir həftə ərzində kinofilmlərin nümayişi və bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur. Mərasimin təntənəli açılış mərasimi Heydər Əliyev Sarayında "Niyyət" bədii filminin təqdimatı ilə baş tutacaq. Həftə çərçivəsində Azərbaycanın 9 şəhərində silsilə kino tədbirləri keçiriləcək. Bir həftə ərzində uşaq evləri, hərbi hissələr və islah əmək müəssisələrində ən tanınmış Azərbaycan filmləri nümayiş olunacaq. Onların arsında premyerası keçiriləcək cizgi filmləri də var. Nümayiş olunacaq filmlər isə "Cəsur təyyarə" və "Kirpi" animasiya filmi, "Cavad xan" "Məhkumlar" və "Niyyət" kimi ekran əsərləridir.

Digər xəbərlər