PDF Oxu

Mədəniyyət

  • 19

Alman dirijoru "Traviata" operasının idarə etmək üçün Bakıya dəvət alıb

Alman dirijoru "Traviata" operasının idarə etmək üçün Bakıya dəvət alıb
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi məşhur alman dirijoru Pyer Dominik Ponellini aprelin 3-də keçiriləcək "Traviata" operasının tamaşasını idarə etmək üçün Bakıya dəvət etmişdir.
Teatrın mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, "Traviata" operasının tamaşasında ilk dəfə aparıcı partiyalardan birini - Violetta partiyasını Opera və Balet Teatrının solisti, əməkdar artist İnarə Babayeva ifa edəcəkdir. Tamaşada xalq artisti Azər Zeynalov (Alfredo), əməkdar artistlər Əvəz Abdullayev (Jermon), Əli Əsgərov (Markiz) və Əkrəm Poladov (Dokor) iştirak edəcəklər.
Qeyd edək ki, P.D.Ponelli hazırda Avropada ən populyar dirijorlardan biridir. O, professional dirijor kimi dünya şöhrətli avstriyalı dirijor Herbetr fon Karayandan dərs almışdır. P.D.Ponelli dünyanın bir çox ölkələrində - Fransa, İsveçrə, Polşa, İspaniya, Braziliya, Yunanıstan, İtaliya, Rumıniya və Finlandiyada uğurlu qastrol səfərlərində olmuşdur. 1992-1996-cı illərdə o, Belorus milli filarmonik orkestrinin bədii rəhbəri və dirijoru vəzifəsində çalışmışdır. O, həmçinin, Bavariya televiziyasında İtaliya haqqında çəkilmiş 7 sənədli filmə musiqi bəstələmişdir.

Digər xəbərlər