PDF Oxu

Mədəniyyət

  • 14

"Qarabağlı ananın ağısı"

"Qarabağlı ananın ağısı"
Oraz Yağmur (Yağmurov) Türkmənistanın tanınmış yazıçısı, şairi və araşdırıcısıdır. Bir neçə beynəlxalq mükafata layiq görülmüş ədibin Azərbaycanda ilk dəfə "Qarabağlı ananın ağısı" adlı şeirlər kitabı çap olunmuşdur. Gəncliyində Azərbaycanda əsgəri xidmətdə olmuş Oraz sonralar Azərbaycan mövzusuna ardıcıl müraciət etmişdir. Ona beynəlxalq mükafat qazandıran "Qarabağlı ananın harayı!" şeirini AMEA Folklor İnstitutunun türk xalqları folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru, Beynəlxalq Aytmatov Akademiyasının akademiki, "Manas" dastanını ilk dəfə Azərbaycan türkcəsinə çevirmiş şair Adil Cəmilin anasına ithaf etmişdır.
Azərbaycanda keçirilən elmi konfranslara, şeir məclislərinə də böyük maraqla gələn Oraz Yağmurun kitaba daxil edilmiş "Bakı ruzgarları" publisistik yazısını həyəcansız oxumaq mümkünsüzdür.
Kitabı nəşrə institutun Qorqudşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya elmləri doktoru Ramiz Əsgər hazırlamışdır.

Digər xəbərlər