Dünən Bəstəkarlar İttifaqında Novruz bayramı münasibətilə "Üç portret" adlı qadın bəstəkarların ifasından ibarət konsert keçirildi. Konsertdə bəstəkar Elnarə Dadaşovanın "Aşıqsayağı"nı fortepionada Ülviyyə Hacıbəyova və Yeganə Axundova, lakutidə Lyudmila Naumova, sözləri Əhməd Cavada xas olan, musiqisi isə bəstəkara məxsus olan "Sənə düşüb meylim" mahnısını fortepianoda müəllif Elnara Dadaşova , sopranoda isə Fəridə Məmmədova ifa etdilər. Gənc bəstəkar Lalə Məmmədovanın sözləri Mirorxan Mirzəyevə məxsus olan "Səni gözləyirəm" mahnısını sopranoda Günay Qasımova, tenorda Ülvi Rəşidov fortepanoda müəllif Lalə Cəfərova sələndirdilər. Daha sonra konsert proqramında bəstəkar Nərgiz Səfiyevanın Şuşaya həsr olunmuş "Mahnı dağlarda qaldı" instrumental kompozisiyası Fəxrəddin Kərimovun dirijorluğu ilə 12 solistdən ibarət instrumental qrupun ifasında səsləndirildi.