Baharın gəlişimartın 20-də saat 21:32 radələrində baş verəcək
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev 2010-cu ildə Baharın gəlişinin Bakı vaxtı ilə martın 20-də saat 21:32 radələrində baş verəcəyini bildirmişdir.
Onun sözlərinə görə, martın 20-də Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcəkdir. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaqdır. Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi" deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabər olur. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 20-nə qədər davam edir.