PDF Oxu

Mədəniyyət

  • 25

Novruz bayramı Seulda qeyd edilib

Novruz bayramı Seulda qeyd edilib
Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin paytaxtı Seulda Novruz bayramı qeyd edilib. Tədbirdə bu ölkədə təhsil alan və işləyən azərbaycanlılarla yanaşı, Koreya Xarici Dillər Universitetinin Azərbaycan dili fakültəsinin müəllim və tələbələri, həmçinin, diplomatik korpusun nümayəndələri iştirak ediblər. Azərbaycanın Koreya Respublikasındakı səfiri Rövşən Cəmşidov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək, Novruz haqqında ətraflı məlumat verib. Diplomat bildirib ki, qədim tarixə malik bu bayram bir ənənə kimi dövlətlər arasında qarşılıqlı hörmət, sülh və mehriban qonşuluq ideyalarına əsaslanan münasibətlərin inkişafında xüsusi rol oynamaqdadır. Səfir bu qədim ənənənin dünyada inkişaf etdirilməsi, yayılması ilə bağlı Azərbaycanın irəli sürdüyü təklifin cari il fevralın 18-də BMT Baş Məclisində qəbul olunduğunu vurğulamışdır. Bütün dünyada martın 21-ni "Beynəlxalq Novruz Günü" elan edən qətnamə barədə də tədbir iştirakçılarına məlumat verilib. Bayram tədbiri mədəni proqramla davam edib.

Digər xəbərlər