PDF Oxu

Mədəniyyət

  • 10

"Novruz- Yeni gün" adlı sərgi açılıb Sərgi martın 27-dək davam edəcək

"Novruz- Yeni gün" adlı sərgi açılıb Sərgi martın 27-dək davam edəcək
Azərbaycan Rəssamlar İttifaqı və "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Bakı Rəsm Qalereyasında "Novruz- Yeni gün" adlı sərgi açılıb. Sərgidə Xalq Rəssamı Arif Hüseynov, Əməkdar Rəssam Adil Rüstəmov, rəssam Əsgər Əsgərov və digər 30-a yaxın rəssamın 60-dək boyakarlıq və qrafika janrlarında əsərləri nümayiş etdirilir. Burada, həmçinin, türkiyəli keramika ustaları Mətin Yürüyən və İsmayıl Yıqıtın saxsıdan hazırlanmış, nəfis bəzəklərlə işlənmiş əsərləri də sərgilənib. Sərginin açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov, sənətşünaslıq doktoru Kübra Əliyeva və Eldəniz Babayev qardaş xalqlarımızın eyni mədəniyyəti paylaşdıqlarını, şad gündə də, dar gündə də biri-birinə dəstək olduqlarını vurğulayıb, Novruzun əhəmiyyətindən, ortaq mədəniyyətimizə verdiyi töhfələrdən danışıblar. Sərgi martın 27-dək davam edəcək.

Digər xəbərlər