PDF Oxu

Mədəniyyət

  • 22

Novruz bayramı türk dünyasında

Novruz bayramı türk dünyasında
Novruz bayramı günlərində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Ankara valiliyi və bələdiyyəsi, Avrasiya Yazıçılar Birliyi ilə birlikdə martın 18-dən 31-dək bir sıra tədbirlər həyata keçiriləcəkdir. Bayram günləri türk dünyası elm adamlarının iştirakı ilə ilk dəfə Beynəlxalq Novruz simpoziumları keçiriləcəkdir. Martın 18-də İstanbuldakı Maltəpə Universitetindən başlayaraq türkdilli ölkələrdən gəlmiş folklor qruplarının iştirakı ilə şənliklər keçiriləcəkdir. Bu şənliklərdə Azərbaycanın "Göygöl" mahnı və rəqs qrupu, Qazaxıstanı "Jorqa" rəqs ansamblı, Türkiyənin dövlət xalq rəqsləri qrupu və digər kollektivlər iştirak edəcəklər. İstanbul, Ankara, İzmir və digər şəhərlərdə Novruz süfrələri açılacaqdır.

Digər xəbərlər