PDF Oxu

Mədəniyyət

  • 19

İncəsənət məktəblərində xorun tədrisinin səviyyəsi yüksəldiləcək

İncəsənət məktəblərində xorun tədrisinin səviyyəsi yüksəldiləcək
Respublikada zəngin xor mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində xor fənninin tədrisinin səviyyəsinin yüksəldilməsi, uşaqlarda kiçik yaşlarından xor sənətinə maraq oyadılması, xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Uşaq musiqi və incəsənət məktəbləri xor kollektivlərinin II respublika baxışını keçirir. Baxış 2010-cu il 2-27 aprel tarixlərində zonalar üzrə Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan, Mingəçevir şəhərlərində, Ağcabədi rayonunda keçiriləcək. Baxışda respublikanın uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivləri iştirak edirlər. Baxışda müxtəlif xarakterli, iki və daha çox səsli dörd əsər, o cümlədən, bir əsər a kapella ifa olunmalıdır. Proqrama klassik dünya musiqi nümunələri, Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları daxil edilə bilər.

Digər xəbərlər