"Eurovision-2010" mahnı müsabiqəsi təmsilçisinin yeni veb-saytı yaradılıb
Azərbaycanı "Eurovision-2010" mahnı müsabiqəsində təmsil edəcək Səfurə Əlizadənin yeni veb-saytı yaradılmışdır. http://safura.eurovisiontalents.com saytında builki təmsilçimiz, eləcə də, "Eurovision" müsabiqəsi ilə bağlı maraqlı məlumatlar yerləşdirilmişdir.
Hazırda İsveçdə olan Səfurə Əlizadə ilə bağlı son məlumatları məhz bu saytdan əldə etmək mümkündür. İnternet səhifəsində təmsilçimizin ən son fotosessiyaları, maraqlı çıxışları, səsyazma studiyalarında mahnı yazılışlarından foto və videolar yerləşdirilmişdir. Saytda Səfurə Əlizadə ona ünvanlanan suallara maraqlı cavablar vermişdir.
"Eurovision" müsabiqəsi həyatında mühüm hadisə olduğunu bildirən Səfurə Əlizadə bunu böyük məsuliyyət və böyük sevinclə qarşıladığını bildirmişdir.
Saytda, eyni zamanda, yarışmada Azərbaycan təmsilçisinin ifa etməsi üçün əcnəbi bəstəkarlar tərəfindən təqdim olunan və Səfurə Əlizadənin ifasında İsveçdə lentə alınan mahnıların yeni variantı da yerləşdirilmişdir.