"Xeyrati-hesan" ("Gözəllər sərvəti") əsəri nəşr edilib
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən XIX əsrdə yaşamış Qacarlar dövlətinin görkəmli tarixçi-coğrafiyaşünas alimi Marağalı Məhəmmədhəsən xan Etimaddüssəltənənin fars dilində yazılmış üçcildlik "Xeyrati-hesan" ("Gözəllər sərvəti") əsəri nəşr edilib.
"Nurlan" nəşriyyatında işıq üzü görən kitabda ictimi-siyasi və mədəni həyatda müəyyən mövqe tutmuş məşhur Şərq qadınından bəhs olunur.
Müasir oxucuya təqdim olunan kitabda 177 türk-azərbaycanlı qadını, Şərqin görkəmli dövlət xadimi, alim, şair qadınları haqqında məlumat verilir. Həmin sırada azərbaycanlı xanımlardan Məshəti Gəncəvi, Ağabəyim Ağa, Gövhər Ağa və başqaları barədə də söz açılıb.
Kitabda fars dilində yazmış şairə qadınların şeirlərinin həm transfonoliterasiyası, həm də Azərbaycan dilindən tərcüməsi verilmişdir.
Kitabı fars dilindən tərcümə edən, həmçinin, ön söz və qeydlərin müəllifi tarix elmləri namizədi Tahirə Həsənzadə, elmi redaktoru isə akademik Nailə Vəlixanlıdır.