"Koroğlu" dastanının üç əlyazmasının mətni bir kitabda
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu "Koroğlu" dastanının üç əlyazmasının mətnini bir kitabda nəşr etdirmişdir. Kitaba birinci əlyazma kimi "Məşhur Koroğlunun hekayəti" dastanı, ikinci əlyazma isə folklorşünas Vəli Xuluflunun alman tədqiqatçısı baron Avqustun əsərindən etdiyi tərcümələr və F.Çələbinin əlyazmalarla bağlı maraqlı məqaləsi daxil edilmişdir. "Koroğlu dastanından qoşma və gəraylılar" əlyazması isə tədqiqatçı Salman Mümtazın arxivindən götürülmüşdür. Kitabı nəşrə hazırlayan və ön sözün müəllifi, filologiya elmləri namizədi Əli Məmmədbağıroğlu, elmi redaktoru professor Faiq Çələbidir.