PDF Oxu

Mədəniyyət

  • 17

Folklor İnstitutunda Novruz bayramına hazırlıq işləri görülür

Folklor İnstitutunda Novruz bayramına hazırlıq işləri görülür
Qarşıdan xalqımızın ən qədim ənənələrini özündə ehtiva edən qədim Novruz bayramı gəlir. Hər il olduğu kimi, AMEA Folklor İnstitutunda xalqımızın bu möhtəşəm bayramını qeyd etmək üçün müxtəlif tədbirlər hazırlanır. Belə ki, Folklor İnstitutu milli-mənəvi dəyərlərin daşıyıcısı və qoruyucusu olmaqla qədim adət və ənənələrin klassik formada xalqa çatdırılması və şüurlarda yenidən bərpası üçün Novruz bayramının keçirilməsi ilə bağlı işlər görməkdədir. Bu gün xalqların milli-mənəvi dəyərlərinin yad ünsürlərlə aşınmasının getdiyi bir zamanda xalqa məxsus olanların xalqa qaytarılması çox vacib bir məsələdir. Bunu nəzərə alan Folklor İnstitutunun rəhbərliyi Novruz bayramı və bu bayramla bağlı olan bütün cizgiləri əks etdirən tədbirin təşkil olunmasını qərara alıb. Belə ki, hər il olduğu kimi, bu il də ilaxır çərşənbə günündə keçirilən tədbirin bütün element və detallarını özündə birləşdirən tamaşa-kompozisiyanın təqdim olunması nəzərədə tutulur. "İrs" folklor ansamblının kollektivi Novruz bayramına xas olan Kosa-Kosa, Keçəl kimi obrazların canlandırılması, tonqal ətrafında təşkil olunan mərasimin səhnələşdirilməsi üçün xüsusi işlər görməkdədir. Təsadüfi deyildir ki, ölkəmizdə Novruz bayramının səhnələşdirilərək, xalqa təqdim olunması da məhz "İrs" folklor ansamblının ifasında olacaq. İnstitutun mətbuat xidmətinin məlumatına istinadən, Novruz bayramının bütün incəliklərini geniş xalq kütlələrinə çatdırmaq üçün Folklor İnstitutunda keçiriləcək mərasimin lentə alınaraq, televiziya və radio ilə də təqdim olunması nəzərdə tutulur.

Digər xəbərlər