PDF Oxu

Mədəniyyət

  • 14

Kimsəsiz və atılmış uşaqlar üçün Novruz şənliyi təşkil olunacaq

Kimsəsiz və atılmış uşaqlar üçün Novruz şənliyi təşkil olunacaq
Martın 16-da "Uşaqların Xoşbəxt Gələcəyi" İctimai birliyi Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsilə birgə əlil və kimsəsiz uşaqlar üçün Novruz Bayramı ilə əlaqədar tədbir keçirəcək. Bu barədə SİA-ya məlumat verən "Uşaqların Xoşbəxt Gələcəyi" İctimai birliyinin sədri Nərgiz Kərimova bildirib ki, məqsədimiz valideyin qayğısından məhrum uşaqlara dəstək olmaq, bu əziz bayram ərəfəsində onları tək qoymamaq və öz milli adət-ənənələrimiz ilə onlari yaxından tanış etməkdir. O, bu xeyirxah işdə uşaqlara kömək etmək istəyən insanları və mətbuat nümayəndələrini onlara qoşulmağa dəvət edib. Tədbirdə əlil və kimsəsiz uşaqlar üçün konsert proqramı nəzərdə tutulub. Konsert proqramında tanınmış müğənnilər Zülfiyyə Xanbabayeva, Lalə Məmmədova, Tünzalə Ağayeva, Röya, Manana, və rəqs qrupları iştirak edəcək. Bundan əlavə, uşaqlara bayram süfrəsi açilacaq və müxtəlif oyunlar təşkil olunacaq. Tədbirin informasiya dəstəyi Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına (baku-art.az) məxsusdur.

Digər xəbərlər